Türkiyə 1-ci Liqasında 11-ci turun oyunları oyunları keçirilir.
"Unikal" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” öz meydanında "Pendikspor"u qəbul edib.
Qarşılaşma Bursa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Halil Akbunar və 62-ci dəqiqədə Keleçi İheanaço vurublar.
Millimizin üzvü oyuna ehtiyat oyunçular skamyasında başlayıb və görüşün 77-ci dəqiqəsində meydana daxil olub.
Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.























































