Türkiyənin Bursa şəhərində ənənəvi “Mövlidi-Şərif və Düyü Günü” tədbirində iştirak edən sakinlər zəhərləniblər.
"Unikal" yerli mediaya istinadla xəbər verir ki, şəhərdə ikinci dəfə təşkil olunan kütləvi ehsan mərasimində təxminən min nəfərə düyü ilə toyuq əti paylanıb. Tədbirdən təxminən üç saat sonra bəzi iştirakçılarda ürəkbulanma və qusma əlamətləri yaranıb. 100-dən çox insan xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı jandarm araşdırmaya başlayıb. İlkin ehtimala görə, kütləvi zəhərlənməyə səbəb qidadır.















































.jpeg)
.jpeg)





