Bakıya gəldiyim üçün çox şadam. Komandamız qarşıdakı oyuna hazırlaşır və sabahkı matçı səbirsizliklə gözləyirik.
"Unikal" xəbər verir ki, bunu Almaniyanın “Borussiya Dortmund” klubunun isveçli futbolçusu Daniel Svensson UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, komandanın baş məşqçisinin tapşırıqlarını yerinə yetirmək üçün əllərindən gələni edəcəklər: “Komandamızın həm ümumi heyətinə, həm də fərdi olaraq rəqib oyunçulara diqqət yetirəcəyik. Əgər sabah şans qazansam, əlimdən gələni edəcəyəm. Bütün oyunlara hazırlaşdığım kimi, bu matça da tam hazır olacağam”.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.






.jpg)



.jpeg)





.webp)






































