Ukrayna Silahlı Qüvvələri oktyabrın 16-da günortadan sonra dronlarla Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqraya hücum edib. Hücum nəticəsində Surqut rayonundakı sənaye obyektində güclü yanğın baş verib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Ruslan Kuxaruk məlumat yayıb.
Yerli sakinlərin verdiyi məlumata əsasən, hücum zamanı "Qazprom pererabotka" şirkətinə məxsus kondensatın stabilləşdirilməsi zavodu vurulub.
Surqut zavodu Rusiyada neft-qaz-kondensat qarışığının emalı üzrə ən böyük zavoddur. Müəssisənin layihə gücü ildə 12 milyon ton təşkil edir. Zavod avtomobil benzini, dizel yanacağı, aviasiya kerosini, durulaşdırılmış karbohidrogen qazları və stabil qaz kondensatı istehsal edir.
Ukrayna sərhədindən Surquta qədər olan məsafə 2 500 kilometrdir. Qeyd olunur ki, Ukrayna PUA-ları Xantı-Mansiyskdəki yanacaq-energetika kompleksi obyektlərini ilk dəfə vurublar.










.jpg)










.jpg)






.jpeg)


.jpg)






















