Sumqayıt şəhərində abadlıq-quruculuq tədbirləri çərçivəsində şəhərin estetik görkəminin daha da yaxşılaşdırılması, yolkənarı ərazilərin abadlaşdırılması, müasir infrastrukturun yaradılması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində kompleks işlər davam etdirilir.
"Unikal" xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı–Quba magistral avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Görülən işlər çərçivəsində yolkənarı ərazilərdə torpaqlama və hamarlama işləri aparılır, mövcud hasarlar yenilənir, ətraf sahələr səliqəyə salınır. Eyni zamanda, yolboyu infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər görülür, yeni sərnişin dayanacaqları quraşdırılır.















































