Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb.
"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Hazırda bölgələrdə kənd yumurtasının topdansatış qiyməti 35 qəpiyə qədər yüksəlib.
Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında kəndlərdə yumurta tapmağın çətinləşdiyini bildirib:
"Təzə kənd yumurtasının bir ədədi 35 qəpiyədir. Elə sahibkarlar var ki, 20 min ədəd almağa hazırdırlar. Amma yumurta tapılmır. Topdansatış qiyməti 35 qəpikdir, Bakıda isə 45 qəpiyə satılır. Bu yumurtaların öz alıcıları var, hətta vitrinə belə çıxarılmır. Kənddən birbaşa evlərə çatdırılır. Belə davam edərsə, yaxın vaxtlarda kənd yumurtasının qiyməti daha da artacaq".




















.jpeg)






.jpg)


















