Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, idarəetmədən çıxan "Mersedes Atego" markalı yük avtomobili yolun ortasındakı arakəsməyə çırpılaraq aşıb.
Qəzaya nəqliyyat vasitəsinin ön təkərinin partlamasının səbəb olduğu bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.





.jpg)





































