Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ölkəsi ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin qorunmasının vacibliyini bildirib.

"Unikal" xəbər verir ki, Bağçalı qeyd edib ki, “qardaşlıq bağlarına zərər verəcək heç bir nifaq toxumunun səpilməsinə icazə verilməməlidir".

MHP liderinin sözlərinə görə, Türkiyə və Azərbaycan prezidentlərinin görüşü sarsılmaz qardaşlıq iradəsini nümayiş etdirəcək.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər iki xalq arasındakı səmimi bağa əsaslanır”, - o vurğulayıb.