Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Lusine Bədəlyan Rusiyaya buraxılmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Bədəlyan özü məlumat yayıb. 

O, oktyabrın 15-də keçirilməsi planlaşdırılan MDB Parlamentlərarası Assambleyasının Sosial Siyasət və İnsan Hüquqları üzrə Daimi Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 14-də Sankt-Peterburqa getməyi planlaşdırırmış.

"Lakin ölkəyə girişimə qadağa qoyulduğu izah edilərək Rusiya Federasiyasına girməyimə icazə verilmədi. Səbəbi məlum deyil", - deyə Bədəlyan "Facebook" yazıb.