Oktyabrın 13-də Xarkov vilayətində naməlum şəxs avtomatik silahla beş ukraynalı hərbçini öldürüb.

"Unikal" xəbər verir ki, bu  barədə Xarkov vilayəti üzrə Milli Polis Baş İdarəsi məlumat yayıb. 

"Naməlum şəxs avtomatik silahdan atəş açaraq beş hərbçini öldürüb. Bu faktla bağlı məlumat Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə Vahid Məhkəməyəqədər İstintaq Reyestrinə daxil edilib", - məlumatda qeyd olunub. 

Hazırda cinayətdə iştirak edən şəxsin müəyyən edilməsi üçün tədbirlər görülür.

Gülayə Mecid