Rusiyanın Saxalin adasında Yaponiya qəzetlərindən birinin müxbiri casusluq şübhəsi ilə saxlanılıb.
"Unikal" xəbər verir ki, RIA Novosti bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadən məlumat yayıb.
FTX-nin iddiasına görə, jurnalist Yaponiya xüsusi xidmət orqanının maraqları naminə Ukraynadakı müharibəyə səfərbər olunanların və könüllü qoşulanların sayı barədə məlumat toplayıb. Oktyabrın 13-də saxlanılan müxbir Moskvaya aparılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qurumun yaydığı videogörüntülərdə jurnalistin iş yerində aparılan axtarış zamanı arxiv sənədlərinin çap edilmiş fotosurətlərinin aşkarlandığı da göstərilir. Bunların arasında “Yaponiyanın SSRİ-yə qarşı bakterioloji müharibəyə hazırlığı haqqında” xüsusi məlumat yer alıb. Həmin sənədin məxfilik qrifi FTX tərəfindən 2025-ci ildə götürülüb.
Sənəddə İkinci Dünya müharibəsi dövründə Yaponiyanın SSRİ-yə hücum üçün bakterioloji vasitələr hazırladığı bildirilir. Burada insanların taun, vəba, yatalaq, qarayara və digər xəstəliklərin törədiciləri ilə yoluxdurulması üzrə təcrübələrin aparıldığı 731-ci dəstədən bəhs olunur.
Jurnalistin saxlanılmasına münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunun tək hal olmadığını vurğulayıb.


































.jpg)










.jpeg)







