Hörmüz boğazında tankerə naməlum mərmi ilə zərbə endirilib.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“Etibarlı mənbədən alınan məlumata görə, tankerə naməlum mərmi ilə zərbə endirilib. Hadisənin başvermə şəraiti araşdırılır”, – məlumatda bildirilib.

Gəminin adı, qeydiyyatda olduğu liman və dəymiş zərərin miqyası açıqlanmayıb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu oktyabrın 10-da Hörmüz boğazında xam neft daşıyan supertankerin partladığını açıqlayıb. Qurumun məlumatına görə, İranla razılaşdırılmamış marşrutla hərəkət edən gəmi naviqasiya sistemlərini söndürüb. Tanker təhlükəli marşrutda minaya çırpılıb və bundan sonra yanğın başlayıb.

İran ABŞ-la münaqişə başlayandan sonra Hörmüz boğazını bağlayıb. Dünya üzrə neft tədarükünün beşdə birinin həyata keçirildiyi bu dəniz yoluna tətbiq olunan məhdudiyyətlər neft və xammalın dünya bazarındakı qiymətlərinin kəskin artmasına səbəb olub.

Tehran strateji keçid üzərində suverenliyinin pozulmasına yol verməyəcəyini bəyan edib. İran tərəfi vurğulayıb ki, ABŞ müharibəyə və ölkənin blokadasına son qoymayınca boğazda gəmi hərəkəti normallaşmayacaq.