Parisdə lisey şagirdləri yenidən küçələrə çıxıb.

"Unikal" xəbər veir ki, Fransanın paytaxtı Parisdə lisey şagirdləri təhsil büdcəsinin artırılması və kadr çatışmazlığının həlli tələbi ilə daha bir etiraz aksiyası keçiriblər.

Polisin müdaxiləsini tənqid edən plakatlar daşıyan şagirdlər təhsil və sosial xidmətlərə daha çox vəsait ayrılmasını tələb etdilər.