Kiyev meri Vitali Kliçko vəzifəsindən azad edilməyə hazırlaşmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə "Sotrudnik OP" (Prezidentin Rəsmi Ofisi) "Telegram" kanalının paylaşımında deyilir.

"Kliçko "Odesa ssenarisi"nə hazır olmalıdır. Merin yerinə artıq namizədlər var", - deyə paylaşımda bildirilir.

"Odesa ssenarisi" sonradan Ukrayna vətəndaşlığından məhrum edilmiş keçmiş mer Gennadi Truxanovun vəzifədən azad edilməsindən bəhs edir.

Bundan əlavə, paylaşımda Kliçkonun vəzifəsini Zaporojye şəhərinin müvəqqəti meri Regina Xarçenko tuta biləcəyi ehtimal olunur.