Azərbaycan Texniki Universitetində (AzTU) Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşün məqsədi tələbələrin təhsil tələbə kreditləri barədə məlumatlılığını artırmaq, onların ali təhsil imkanlarından daha səmərəli yararlanmalarına dəstək göstərmək olub.

Tədbirdə çıxış edən TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin əməkdaşı Kifayət Lələzadə tələbələrə təhsil tələbə krediti barədə ətraflı məlumat verib. O, fondun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditlərinin verilmə şərtləri, müraciət qaydaları və kreditlərdən yararlanmaq imkanları haqqında danışıb.

Görüş zamanı tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və təhsil tələbə kreditlərinin əlçatanlığının artırılması məsələlərinə toxunulub.

Həmçinin TTKF-yə müraciət prosesi və tələb olunan sənədlərlə bağlı da tələbələrə ətraflı məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.