İran üçün hazırda sanksiyalar və iqtisadi təzyiqlərlə mübarizə silahlı münaqişədən daha kritik məsələdir.
"Unikal" xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
"Bu gün iqtisadi müharibə hərbi münaqişə və ya kiber-müharibədən daha əhəmiyyətlidir", - deyə Qalibaf qeyd edib.
O hesab edir ki, iqtisadi təzyiq İrana qarşı aparılan müharibənin əsasını təşkil edir və ölkə rəhbərliyinin qarşısında duran başlıca vəzifə düzgün qərarlar qəbul etmək və sabit dövlət idarəçiliyini təmin etməkdir.
Ağarza Elçinoğlu
























.jpeg)


















_1766155543.jpeg)
