Rusiya xaricdəki həmvətənlər və xarici vətəndaşlar üçün dəstək sisteminə çevrilməyə hazırdır.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

Onun sözlərinə görə, həm xaricdəki həmvətənlər, həm də əcnəbilər Rusiyanı təkcə həyat şəraitlərini yaxşılaşdırmaq üçün bir fürsət kimi deyil, həm də əsl xilaskar kimi görürlər.