ABŞ ilə dizel yanacağı müqavilələri və Rusiyanın Ukrayna ilə bağlı mövqeyi arasında birbaşa əlaqə yoxdur. Bu, qarşılıqlı faydalı Rusiya-Amerika əməkdaşlığı məsələsidir.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

Kreml nümayəndəsi dizel təchizatı müqavilələri ilə Rusiyanın Ukrayna ilə bağlı mövqeyi arasında əlaqənin olub-olmadığı sualına cavab olaraq "Mən burada birbaşa qarşılıqlı əlaqə görmürəm" cavabını verib.

Peskov dizel yanacağı ilə bağlı müqavilələrin Rusiya-Amerika əməkdaşlığının olduqca qarşılıqlı faydalı aspektini təmsil etdiyini vurğulayıb.

Ağarza Elçinoğlu