“Çelsi” yarımmüdafiəçisi Koul Palmerlə müqavilənin müddətini 2034-cü ilə qədər uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə London klubu məlumat yayıb. 24 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2033-cü ilə qədər nəzərdə tutulmuşdu.

“Mançester Siti”nin yetirməsi olan Palmer 2023-cü ilin sentyabrında “Çelsi”yə keçib. O, London klubunun heyətində bütün turnirlərdə 138 matçda meydana çıxıb, 58 qol vurub və 34 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 110 milyon avro qiymətləndirir.