Ağcabədidə balıq tutmağa gedən Laçın sakini gölməçədə boğularaq həyatını itirib.
"Unikal" xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən gölməçədə baş verib.
Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.
Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.










































.jpg)

.jpg)


.jpg)





