"Qarabağ"ın gənc hücumçusu Əli İbrahimov Yunanıstanın “Olimpiakos” komandasının düşərgəsindədir.

"Unikal" xəbər verir ki, bu barədə Sportinfo.az saytı məlumat yayıb.

Ağdam təmsilçisinin əvəzedici heyətində və U-19 komandasında, eləcə də U-20 millisində çıxış edən Əli İbrahimov hələ bir neçə gün Pirey təmsilçisinin sıralarında qalacaq.

Ötən mövsüm UEFA Gənclər Liqasında "Qarabağ"ın keçirdiyi 6 qarşılaşmanın 5-də (2-si əsas heyətdə, 3-ü sonradan daxil olmaqla) şans qazanan Ə.İbrahimov "Olimpiakos"da sınaq dövrünü uğurla başa vuracağı təqdirdə, ilk mərhələdə Yunanıstan nəhənginin əvəzedici və U-19 komandalarınıda forma geyinəcək.

Yunanlar onu UEFA Gənclər Liqasının və yığmanın oyunlarında görərək bəyəniblər.

Qeyd edək ki, 18 yaşlı hücumçu karate üzrə U-21 (18-21 yaş qrupu) yığmasının baş məşqçisi Elnur İbrahimin oğludur.