Sosial şəbəkələrdə Xəzər rayon 121 saylı tam orta məktəbin direktoru Zaur Yusifovun təhsil müəssisələrində yeni geyim tələbləri fonunda işdən çıxması ilə bağlı xəbərlər yayılıb. 

"Unikal"ın məlumatına görə, direktorun vəzifəsindən istefa verməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.

Məlumatı məktəbdən saytımıza təsdiqləyiblər: "Məktəbin direktoru Zaur Yusifovun vəzifəsindən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir. Bildiririk ki, sözügedən məlumat yanlış və əsassızdır. Direktor öz vəzifəsinin icrasını davam etdirir".

Xatırladaq ki, Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müəyyən edilib. 

Ağarza Elçinoğlu