Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin həyətində avtomobillərdə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, həmçinin “Renault” markalı minik avtomobili qismən yanıb. Yüksək temperaturun təsirindən “Baic” markalı minik avtomobilinin arxa işığı qismən əriyib.
***09:18
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.
"Unikal" xəbər verir ki, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.














_1766497101.jpeg)








































