Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonra yığmadan göndərilib.

Xatırladaq ki, Montella 2023-cü ildən Türkiyə millisinin baş məşqçisi olub.