Bu gün gecə saatlarında Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə zamanı 44 yaşlı Elşad Məmmədov kəsilmiş-deşilmiş xəsarətlər alıb.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.