Misli Premyer Liqasının VII turuna start verilib.
"Unikal" xəbər verir ki, günün ilk oyununda "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub.
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Kəpəz"in ilk qolunu 31-ci dəqiqədə Blessinq Olabiran vurub. 86-cı dəqiqədə isə Rəhman Hacıyev fərqi iki topa çatdırıb.
Xallarının sayını 10-a çatdıran "Kəpəz" turnir cədvəlində altıncı pilləyə yüksəlib. Komandanın ehtiyatda daha bir oyunu var.
"Araz-Naxçıvan" isə iki xalla sonuncu, 12-ci pillədə qərarlaşıb.





























.jpg)

.jpg)


.jpg)
















