M4 indeksli avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin sürətinin azaldılmasına xidmət edən nişanlanma xətti təşkil edilib.

Bu barədə "Unikal"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, görülən işlər həmin ərazidə hərəkətin daha təhlükəsiz təşkilinə xidmət edir.