2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (AVRO-2028) seçmə mərhələsinin püşkatmasında Azərbaycan milli komandası 5-ci səbətdə yer alacaq.
"Unikal" xəbər verir ki, həmin səbətdə yığmamızla yanaşı, Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn komandaları da qərarlaşıb.
Püşkatma mərasimi bu il dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.
Qeyd edək ki, seçmə mərhələnin qrup oyunları 2027-ci ilin mart-noyabr aylarında olacaq.

































_1766497101.jpeg)























