“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasında mübarizəyə başlayıb.
"Unikal" xəbər verir ki, Bakı təmsilçisi A qrupunda Litvanın “Ritas” (Vilnüs) komandası ilə üz-üzə gəlib.
Vilnüsdə gerçəkləşən görüş Azərbaycan təmsilçisinin 73:82 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv növbəti oyununu oktyabrın 14-də Bakıda Türkiyə "Trabzonspor"una qarşı keçirəcək.














































_1766497101.jpeg)










