Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb.

Portuqaliya Futbol Federasiyasının intizam qaydalarına əsasən, futbolçu milli komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə bir aydan altı ayadək millinin oyunlarından kənarlaşdırıla və pul cəzasına məruz qala bilər.

Futbolçunun cəzasının müddətini yerli federasiyanın intizam komitəsi müəyyənləşdirəcək.

Qeyd edək ki, Ronaldonun milli komandanın baş məşqçisi Jorje Jesusla münasibətləri Norveçlə oyundan sonra gərginləşib. Futbolçunun sözlərinə görə, əvvəlcə onun Norveç və Danimarka ilə matçlarda dincəlməsi razılaşdırılıb. Lakin sonradan Jesus Norveçlə qarşılaşmada ona təxminən 30 dəqiqə oynamaq imkanı verəcəyini bildirib. Ronaldo isinmə hərəkətləri etsə də, meydana buraxılmayıb.