Supermodel Sindi Kroufordun oğlu Presli Gerber 27 yaşında Los-Ancelesdə vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Qeyd olunur ki, Presli bazar günü reabilitasiya mərkəzində vəfat edib. Meyitin yarılması gözlənilir. Kroufordun sözçüsü əlavə edib ki, ailə üzvləri bu "çətin və çox ağrılı dövrdə" şəxsi həyatlarının gizli saxlanılmasını istəyirlər.
Presli Gerber 2 iyul 1999-cu ildə Sindi Krouford və sahibkar Rende Gerberin ailəsində anadan olub. O, Kaliforniyanın Malibu şəhərində böyüyüb və 2017-ci ildə yerli orta məktəbi bitirib. 15 yaşında IMG Models ilə müqavilə imzalayıb və 16 yaşında Los-Ancelesdəki Moschino Resort şousunda podiumda debüt edib.
Sonrakı illərdə Gerber "Dolce & Gabbana", "Calvin Klein", "Moschino", "Tommy Hilfiger" və "Balmain" kimi böyük moda evlərinin şoularında və layihələrində iştirak edib. Bəzi çəkilişlərdə o, eyni zamanda model və aktrisa olan bacısı Kaia Gerber ilə əməkdaşlıq edib.












































_1766497101.jpeg)












