Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 30 yaşlı Murad Səmədov saxlanılıb.

"Unikal" xəbər verir ki, ondan 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.