"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu bu gün keçirəcək.

"Unikal" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanda "Torpedo"nun qonağı olacaq.

Qarşılaşma Kutaisidəki "Şengeliya Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Görüşün baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapray olacaq.

Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) duelinin güclüsü ilə görüşəcək.

Xatırladaq ki, Sumqayıtdakı ilk oyunda "Zirə" rəqibini üç cavabsız qolla məğlub edib.