Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyarto parlament mandatından imtina edərək Çinin BYD şirkətində işləməyə başlayır.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat paylaşıb.
"Mən parlament mandatımdan istefa verdim. Səbəb dünyanın aparıcı şirkətlərindən birindən beynəlxalq vəzifə tutmaq üçün son dərəcə şərəfli bir təklif almağımdır",- deyə Macarıstanın keçmiş xarici işlər və ticarət naziri bildirib.
O, qrupun xarici əlaqələrinə və yeni biznes xətlərinin inkişafına cavabdeh olacaq. Siyartonun sözlərinə görə, BYD avtomobil sənayesinin son 20 ilin ən böyük uğur hekayələrindən biridir və eyni zamanda yeni enerjili nəqliyyat vasitələrinin istehsalında qlobal liderdir.
Bununla əlaqədar olaraq, BYD Macarıstan MTI xəbər agentliyinə Peter Siyartonun "qlobal, beynəlxalq mövqe" tutacağını və şirkətin Macarıstan bölməsinin rəhbərliyinə qoşulmayacağını bildirib.
Gülayə Mecid



















































