Trabzonun Araklı rayonundakı Qafulluq Tətil Kəndi qeyri-adi yaşayış konsepsiyası ilə seçilir.
"Unikal" xəbər verir ki, xüsusi sistem vasitəsilə öz oxu ətrafında 360 dərəcə fırlana bilən taxta evlər qonaqlara tək bir nöqtədən fərqli mənzərələri seyr etməyə imkan verir.
2020-ci ildə Araklı rayonunun Kaymaklı məhəlləsində 10 akr ərazidə qurulan Qafulluq Tətil Kəndi, Qara dəniz bölgəsinin ənənəvi kənd memarlığını qorumaq məqsədi ilə yaradılıb. Ərazidə yerli memarlığı əks etdirən daş və taxta evlər, eləcə də ənənəvi taxıl anbarları da daxil olmaqla ümumilikdə 23 tikili inşa edilib.
Obyektin ən diqqət çəkən xüsusiyyətləri daşınan taxta evlərdir. Yerə yerləşdirilmiş xüsusi fırlanan sistem üzərində qurulan üç ev heç bir fiziki müdaxilə olmadan uzaqdan idarə oluna bilər. Mühəndislik yolu ilə hazırlanmış mexanizm ikili şarlı rulman sistemindən və overlok dizaynından istifadə edir və 220 voltluq elektrik sistemi evlərin aşağı enerji istehlakı ilə tam bir dönüş etməyə imkan verir.
Nəticədə qonaqlar sabit bir mənzərə ilə məhdudlaşmırlar; onlar uzaqdan idarəetmə vasitəsilə evlərin istiqamətini dəyişə, günün müxtəlif vaxtlarında ətrafdakı təbii mənzərədən fərqli bucaqlardan zövq ala bilərlər. Ənənəvi taxta memarlığı texnologiya ilə birləşdirən bu tətbiq, obyektə unikal yaşayış təcrübəsi təqdim edir.



.jpg)
.jpg)






.jpg)

.jpg)









.jpg)




.jpg)
























