Hövsan qəsəbəsində su təchizatında yaranan fasilənin aradan qaldırılacağı tarix açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Hövsan qəsəbəsinin bəzi ərazilərini içməli su ilə təmin edən şəbəkə xəttində baş vermiş qəza səbəbindən su təchizatında müvəqqəti fasilə yaranıb. Hazırda su təminatının bərpası istiqamətində intensiv işlər aparılır.

Suyun əvvəlki qrafik üzrə verilməsi noyabrın 19-da gün ərzində təmin olunacaq.