"Hər kəsə bildirin ki, biz şayiələrə, dedi-qodulara və ya sadiqliyi bəlli olmayan trol hesablarına əhəmiyyət vermirik".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Telegram" hesabında yazıb.
Korrupsiyanı, oğurluğu, bələdiyyə talanını və hər cür rüsvayçı əməlləri utanmadan dəstəkləyənlər bizə nə mühazirə oxuya, nə də dərs keçə bilərlər. Baxdığımız tək şey millətimizin vicdanı və ictimai rəyidir. Bütün məsələlərdə olduğu kimi, burada da rəhbərimiz prinsiplərimiz və dəyərlərimizdir. İndiyə qədər millət nə deyibsə, o da olub və gələcəkdə də belə olacaq. Biz millətin çəkdiyi yoldan, millətin müəyyən etdiyi istiqamətdən sapmayacağıq", - deyə Ərdoğan qeyd edib.












































.jpg)





