Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan münasibətlər var.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, hər bir cəmiyyətin özünün inkişaf trayektoriyası var: “Hansısa cəmiyyətdə digər ölkədə gedən proseslərə dair fərqli fikirlər irəli sürülə bilər. Azərbaycan öz inkişaf modelinə uyğun olaraq gedir. Azərbaycan-Türkiyə münasibətləri hər zaman olduğu kimi, möhkəmdir, bundan sonra da möhkəm olacaq”.




























.jpg)























