"ABŞ administrasiyası İranın Vaşinqtona mümkün hücum hazırladığına dair heç bir əlamət görmür".

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada jurnalistlərlə görüşündə bildirib. 

"Bu məlumatları sizə kimin ötürdüyünü təsəvvür edə bilmədiyim üçün bu məlumatlara şərh belə verməyəcəyəm. Əgər bu, kəşfiyyat məlumatları olsaydı, məxfi saxlanılardı", - deyə o bildirib. 

Rubio, əlavə edib ki, bu məsələ ilə bağlı mediada yayılan məlumatlar onu narahat etmir. Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtona hücum edəcəyi təqdirdə, ABŞ-nin misli görünməmiş güclə cavab verəcəyini bildirib.

Xatırladaq ki,  noyabrın 16-da CNN mənbələrə istinadən bildirib ki, ABŞ kəşfiyyatının məlumatına görə, İran Vaşinqtonda "çirkli bomba" partlatmaq planları hazırlayır və bu planlar Tramp administrasiyasının yüksək vəzifəli məmurlarını hədəfə ala bilər. Nəşrə şərh verən İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ və İsrail, Tehranın guya "çirkli bomba" hazırladığı da daxil olmaqla, əsassız məlumatlar yaymaqla ölkəyə qarşı daha da təcavüz üçün informasiya zəminləri yaradırlar.