Məzuniyyətlə bağlı yenin qaydalar müəyyən edilir
"Unikal" xəbər verir ki, bu barəıdə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Müzakirəyə çıxarılan Qanun layihəsində təklif olunan dəyişiklik bu məsələni sistemli şəkildə həll edir:
“Əmək Məcəlləsinin 134-cü maddəsi yeni redaksiyada verilir və məzuniyyətin başqa vaxta keçirilməsinin bütün halları dəqiq sadalanır: işçinin xəstəliyi, məzuniyyətin sosial məzuniyyətlə üst-üstə düşməsi, ezamiyyət, istehsal zərurəti zamanı — yalnız işçinin razılığı ilə, hərbi vəziyyət dövründə səfərbərlik tapşırıqları və tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyət bir vaxtdan başqa vaxta keçirilə bilər.
Məzuniyyətin İstifadə edilməyən hissəsi yalnız tərəflərin razılığı ilə növbəti ilin məzuniyyətinə birləşdirilə bilər.
Kompensasiya məsələsində iki prinsip müəyyən edilir. Birincisi, istifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günləri üçün işçinin yazılı və ya elektron ərizəsi əsasında kompensasiya ödənilir — həmin günlər artıq itirilmir.
İkinci vacib dəyişiklik ondan ibarətdir ki, məzuniyyətin qanunla müəyyən edilmiş 21 günlük minimum müddəti pulla əvəz edilə bilməz; bu, yalnız əmək müqaviləsi ləğv edilərkən mümkündür. Başqa sözlə, işçinin istirahət hüququ pulla alınıb-satılan əmtəəyə çevrilmir, insanın sağlamlığı və ailəsi üçün vaxt qorunur.
Əmək müqaviləsi ləğv edilərkən kompensasiya artıq yalnız əsas deyil, əlavə məzuniyyətlərə görə də ödəniləcək. Eyni qaydalar gömrük, vergi və daxili işlər orqanlarında xidmət edənlərə də şamil edilir.
Ədalətli keçid üçün layihədə xüsusi müddəa var: minimum müddətin kompensasiya ilə əvəz edilməsi qadağası qanun qüvvəyə minənədək başa çatmış iş illərinə şamil edilmir. Yəni işçilərin artıq qazanılmış hüquqları qorunur.
Layihənin müddəaları mərhələli şəkildə qüvvəyə minir ki, həm işəgötürənlər, həm də dövlət qurumları yeni qaydalara hazırlaşmaq imkanı qazansın:
* məzuniyyət və kompensasiya qaydaları — qanun dərc edildiyi gündən;
* uşağa qulluğa görə sosial məzuniyyət və müavinətlər, Naxçıvan üzrə subsidiya — 2027-ci il yanvarın 1-dən;
* saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı — 2027-ci il martın 1-dən;
* əməkhaqqının elektron sistem vasitəsilə nağdsız ödənilməsi — 2027-ci il aprelin 1-dən”.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Anar Kəlbiyev




.jpg)
.jpg)




.jpg)













.jpg)












.jpg)






