"Prezidentimizə qarşı dünyada qısqanclıq var. Çünki o sürətlə dünyada tanınır, yüksəlir. Avropanın liderlərindən biri kimi açıq-aşkar qarşılanır və hamı ondan müəyyən xahişlər edir. Avropa dövlətlərinin başçıları deyir ki, mən Azərbaycana gedəcəm, cənab İlham Əliyevlə bəzi məsələləri məsləhətləşəcəm. Bu bizim dövlətimizin və liderimizin şöhrəti naminə əmələ gələn məsələlərdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.
O bildirib ki, büdcə gəlirlərinin 60,6%-nin qeyri-neft-qaz sektorunun hesabına formalaşacağı gözlənilir: "Əla, bizə deyirdilər ki, neftin-qazın hesabına yaşayırsınız. Gələn ilin sosialyönümlü xərcləri 18,7 milyard manat, müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat olacaq, gözəl. Xanım sədr, biz burada millətin təmsilçiləriyik. Ayda da iki dəfə seçicilərimizlə görüşə gedirik və onlar bizə müxtəlif sözlər deyirlər. Cammat büdcə layihəsini böyük sevinclə gözləyir. Eşidiblər ki, maaşlar artacaq, müəllimlərin də maaşı artacaq, əhalinin sosial istiqamətləri sahəsində böyük inkişaf olacaq. Millət bunu gözləyir. Biz də burada bunu danışmayanda, deməyəndə, düz gəlmir və deyirlər ki, sən orda nə oturmusan?", - deyə deputat bildirib.
Anar Kəlbiyev



.jpeg)
.jpg)












.jpg)












.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)






