Rusiya Prezidenti Vladimir Putinlə ABŞ rəsmiləri arasında keçirilən görüşdə tərcüməçi Aleksey Sadıkov xüsusilə diqqət çəkib. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  Putinin sözlərini ingilis dilinə tərcümə edərkən onun səs tonunu, üz ifadələrini və əl jestlərini təqlid edən tərcüməçi qısa zamanda sosial mediada məşhurlaşıb.

Qeyd olunur ki, Sadıkov təkcə sözləri dəqiq çatdırmayıb, həm də Rusiya liderinin danışıq tərzini əks etdirib.

Sadıkov özü də "Zvezdanews" verdiyi müsahibədə "Biz öz işimizi görürük. Dostlarımla mən bunu yaxşı etməyə çalışırıq", - deyib. 

Rusiya mətbuatında yer alan xəbərlərə görə, Alekseyin işi əvvəllər Amerika tərəfi tərəfindən yüksək qiymətləndirilmişdi. Belə ki, 2026-cı ilin yanvar ayında Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Putinin tərcüməçisini "əfsanə" adlandırıb. 

Rus dilçisi və tərcüməçisi olan Sadıkov Rusiya Xarici İşlər Nazirliyinin baş məsləhətçisidir. O, müntəzəm olaraq Vladimir Putini Donald Trampla sammitlər də daxil olmaqla, yüksək səviyyəli Rusiya-Amerika görüşlərində müşayiət edir. 

Həmçinin, o, dövlət qulluğu ilə yanaşı, dilçilik sahəsində tərcüməçilərin yetişdirildiyi universitetlərdə dərs deyir. 

Gülayə Mecid