Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib.  

"Unikal" NTV telekanalına istinadən xəbər verir ki, binanın ətrafında təhlükəsizlik tədbirləri artırılıb.

Əməliyyat çərçivəsində şirkətin direktorlar şurasının sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktor Asim Akgül saxlanılıb.

"Sözcü" Media Qrupunun vəkili Ersan Barkın, Türkiyə Əmanət Sığorta Fondunun (TMSF) sozcu.com.tr televiziya kanalı və xəbər saytı üçün qəyyum təyin etdiyini açıqlayıb.