"Rusiya sülh danışıqlarında maksimalist tələblər irəli sürüb, lakin Avropa digər mövzuları müzakirə etməzdən əvvəl Rusiyaya maksimum təzyiq göstərməyə və Ukraynada atəşkəsin təmin olunmasına diqqət yetirməlidir".
"Unikal" xəbər verir ki, bunu Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
Kallas qeyd edib ki, "Rusiyanın tələbləri həqiqətən absurddur. Axı, tarixə nəzər salsaq, bu ölkələrin heç biri ( Aİ və NATO üzvləri - red.) heç vaxt Rusiyaya hücum etməyib. Moskva adi ssenarisi üzrə hərəkət edir: tələblər irəli sürür və sonra yenilərini əlavə edir. Əgər onlar sonradan bəzilərindən imtina etsələr, daha mülayim görünə bilərlər, amma baş verənlərin mahiyyətini aydın şəkildə anlamalıyıq".
O, Avropanın Rusiyaya təsir imkanlarından - sanksiyalardan və dondurulmuş Rusiya aktivlərindən istifadə etməyin vacibliyini vurğulayıb. Kallas xatırladıb ki, Rusiyanın mülki əhalini hədəf almaq taktikası Ukraynanı sərt qışda təslim olmağa məcbur etmək məqsədi daşıyır.
Gülayə Mecid















.jpg)


































