Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 6-ya çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.

Qeyd olunub ki, son rəqəmlərə görə, 3-ü ağır olmaqla 13 nəfər yaralanıb. 8 nəfərin isə dağıntılar altında axtarışları davam etdirilir.

***15:06

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 3-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.

Həmçinin partlayış nəticəsində yaranan dağıntılar altında 10 nəfərin qaldığı bildirilir.

***

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, əraziyə çoxlu sayda yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb olunub.

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu "X" sosial media hesabında qeyd edib ki, HABAŞ Dəmir-Polad Zavodunda partlayışda 1 nəfər ölüb.

Nazirin sözlərinə görə, hadisə nəticəsində 15 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.