Türkiyədə ağır yol qəzası olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, TIR-la mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma, Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə Qrupu , eləcə də yanğınsöndürmə qrupları cəlb olunub.