KXDR uzun mənzilli strateji qanadlı raketlərdən istifadə edərək təlimlər keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. 

Agentliyin məlumatına görə, Şimali Koreyanın şərqində raket bölməsinin atəş bölməsinin nümayiş təlimləri keçirilib.

"Təlimdə iştirak edən bölmə uzun mənzilli strateji qanadlı raketlərlə simulyasiya edilmiş aerodroma zərbə endirmək missiyasını qüsursuz şəkildə yerinə yetirib",-  nəşr yazıb. 

Qeyd olunur ki, təlimlər döyüş sistemlərinin texniki cəhətdən təkmilləşdirilməsinə və strateji silahların istifadəyə hazırlığının artırılmasına yönəlib.

Gülayə Mecid