04 noyabr 2026-cı il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Şəfəqli kəndində rayonun Şəfəqli, Abdinli, Cirimbel, Gilar, Xanbulaq, Yeni Abdinli və Pirembel kəndlərinin sakinləri ilə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
180 nəfərə yaxın sakinin iştirak etdiyi qəbulda çıxış edən RİH başçısı Orxan Məmmədov son illərdə Yardımlı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat vermişdir.
Sonra sakinlərin müraciətləri diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrası üçün aidiyyəti qurumlara yönləndirilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
















.jpg)




.jpg)

.jpg)















