"Xüsusilə nəzərə almaq lazımdır ki, gələn ildən etibarən həm məqsədli büdcə fondları ilə bağlı, həm büdcədən kənar gəlirlərlə bağlı yeni siyasət təşəbbüsü irəli sürülüb. Məqsədli büdcə fondları ümumiyyətlə ləğv edilir. Həmin rəqəmlər artıq büdcənin daxilində bölüşdürülmüş, müvafiq iqtisadi, funksional və inzibati təsnifat olaraq müxtəlif bölüşdürülmüş istiqamətlərə daxil edilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, büdcədənkənar xərclərin də böyük bir qismi ilə bağlı müvafiq addım atılır: "Ona görə də düşünürük ki, Hesablama Palatasının qaldırdığı bölüşdürülməyən və xüsusilə büdcədənkənar vəsaitlərlə bağlı olan hissədə bölüşdürülməyən vəsait artıq 28-ci il büdcəsində demək olar ki, tam aradan qalxacaqdır. Çünki cənab Prezidentin bununla bağlı imzaladığı yeni fərman var . Əksər qurumların artıq maddi-texniki təchizatı büdcə daxilinə keçirilib, büdcədənkənar vəsaitlərdən çıxarılıb və büdcədənkənar vəsaitlərdə bu gün üç qurumumuz istisna olmaqla, bütün digər qurumların yalnız əməkhaqqı xərcləri qalıb. Düşünürük ki, növbəti ildə əməkhaqqı sahəsində aparılacaq islahatlar çərçivəsində artıq o üç qurumun da əlavə xərclərinin ayrıca büdcədənkənar vəsaitlərdə qalmasına ehtiyac qalmayacaq və büdcədənkənar vəsaitlər məhz ilkin təyinatı olan əməyin ödənişinin stimullaşdırılması xərclərinə yönəldiləcək. Bu artıq bizə bölüşdürmə imkanı da tam verəcəkdir və bu məsələ də öz həllini tapacaqdır".
Anar Kəlbiyev










.jpg)



.jpg)

.jpg)





















