Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Natiq Nağıyev vəzifəsindən azad edilib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, o, yeni icra başçısı Hacıbaba Babayevin müvafiq əmri ilə işdən çıxarılıb.

Qeyd edək ki, Natiq Nağıyev öz ərizəsi ilə vəzifəsindən ayrılıb. O bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.

Seymur Əli